31
Rusiya Müdafiə Nazirliyi Odessa vilayətində yerləşən Çernomorsk limanına endirilən zərbələr nəticəsində konteyner və yük gəmisinin hədəfə alındığını bildirib.
Army.az xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, nazirliyin açıqlamasında sözügedən gəmilərin Ukrayna Silahlı Qüvvələri üçün yük daşıdığı iddia olunur.
Bəyanatda qeyd edilir ki, həyata keçirilən hücum zamanı limandakı bir konteyner gəmisi və bir yük gəmisi zərbəyə məruz qalıb.