Ev Hərbi XəbərlərUkrayna danışıqları Aİ-ni parçaladı – Brüsseldə üç düşərgə yarandı

Ukrayna danışıqları Aİ-ni parçaladı – Brüsseldə üç düşərgə yarandı

by Baş Redaktor
64 Baxış

Ukrayna ilə bağlı mümkün danışıqlarda Avropa İttifaqını kimin təmsil edəcəyi məsələsi Brüsseldə fikir ayrılığına səbəb olub. Birlik daxilində bu məsələyə dair ən azı üç fərqli mövqenin formalaşdığı bildirilir.

Army.az xəbər verir ki, “Politico” nəşri Avropa diplomatik dairələrindəki mənbələrə istinadən Aİ ölkələrinin vahid namizəd üzərində razılığa gələ bilmədiyini yazıb.

Nəşrin məlumatına görə, ilk qrup Avropa Şurasının Prezidenti Antonio Koştanın danışıqlarda Aİ adından çıxış etməsini istəyir. Bu mövqeyi İtaliyanın Baş naziri Corcia Meloni ilə yanaşı, Polşa və Lüksemburq liderləri də dəstəkləyir. Onlar Koştanın hazırkı vəzifəsinin onu birlik adından danışıqlar aparmaq üçün uyğun namizədə çevirdiyini düşünürlər.

Digər mövqedə dayanan Fransa və Almaniya isə danışıqlar masasında özlərinin birbaşa təmsil olunmasında maraqlıdır. Hər iki ölkə bu məsələdə Brüsselə əlavə səlahiyyət verməyə tələsmir.

banner

Üçüncü qrup isə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın namizədliyini dəstəkləyir. Bu düşərgə digərləri ilə müqayisədə daha azsaylıdır. Bəzi diplomatlar Kallasın Kreml üçün məqbul tərəfdaş olmadığını düşünsələr də, tərəfdarları onun sərt mövqeyinin danışıqlar prosesində vacib olduğunu bildirirlər.

Əlaqəli Yazılar Xüsusi