Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ dövlət katibi Marko Rubionun dəvəti əsasında Vaşinqtonda təşkil olunacaq “Siyasi terrorizmin yenidən fəallaşması haqqında” mövzusunda nazirlər səviyyəli toplantıya qatılacaq.
Army.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, baş nazirin müavini və xarici işlər naziri Maka Boçorişvili ABŞ-a səfəri çərçivəsində sözügedən beynəlxalq tədbirdə Gürcüstanı təmsil edəcək.