Ev DünyaHakan Fidan: Müharibənin dayandırılması üçün danışıqlar bərpa olunmalıdır

Hakan Fidan: Müharibənin dayandırılması üçün danışıqlar bərpa olunmalıdır

by Baş Redaktor
19 Baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ukraynaya səfəri çərçivəsində keçirilən görüşlərdə müharibənin dayandırılması istiqamətində genişmiqyaslı danışıqların perspektivləri müzakirə olunub.

Army.az xəbər verir ki, o, ukraynalı həmkarı Andriy Sibiha ilə keçirdiyi birgə mətbuat konfransında son dövrlərdə hücumların intensivləşməsinin ciddi narahatlıq yaratdığını vurğulayıb.

Nazir tərəflərin mümkün qədər tez danışıqlar prosesinə qayıtmasının vacibliyini qeyd edib.

Hakan Fidan əlavə edib ki, NATO Zirvə toplantısında müttəfiq ölkələr Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı qəti mövqe nümayiş etdiriblər.

banner

Onun sözlərinə görə, Türkiyə müharibənin başladığı ilk gündən etibarən Ukraynaya həm siyasi, həm də hərbi sahədə dəstəyini davam etdirir.

Əlaqəli Yazılar Xüsusi