Ev SiyasətAzərbaycan və Rusiya bu sahədə əməkdaşlığı artırmalıdır – Lavrov

Azərbaycan və Rusiya bu sahədə əməkdaşlığı artırmalıdır – Lavrov

by Baş Redaktor
40 Baxış

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır.

Army.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Moskvada Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.

“Apreldə hökumətlərarası komissiyanın növbəti iclasının keçirildiyi faktını nəzərə almaqla, ticari-iqtisadi əməkdaşlığı müzakirə etdik. Ticarət dövriyyəsinin gələcəkdə daha da artırılmasına qarşılıqlı marağın mövcud olduğunu qeyd etdik. Ötən il ikitərəfli ticarətin həcmi təxminən 5 milyard dollara çatıb. Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Ticarət dövriyyəsinin artırılması və birbaşa investisiyaların genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcmi təxminən 11 milyard dollar təşkil edir. Respublikada Rusiya kapitallı 1400-dən çox kommersiya qurumu fəaliyyət göstərir”, – deyə o bildirib.

Əlaqəli Yazılar Xüsusi