Ev Hərbi XəbərlərTürkiyə Ermənistanla bağlı gömrük sistemində dəyişiklik etdi

Türkiyə Ermənistanla bağlı gömrük sistemində dəyişiklik etdi

by Baş Redaktor
6 Baxış

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində növbəti texniki addım ataraq gömrük sistemində yenilik həyata keçirib.

Army.az xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Sabah” nəşri məlumat yayıb.

Məlumata əsasən, bundan sonra üçüncü ölkələr üzərindən Ermənistanla aparılan idxal, ixrac və tranzit əməliyyatları zamanı gömrük bəyannamələrində Ermənistanın rəsmi ölkə kodu olan “077” istifadə edilə biləcək.

Bildirilib ki, sözügedən dəyişiklik artıq Türkiyənin BILGE elektron gömrük sisteminə inteqrasiya olunub və tətbiq edilməyə başlanıb.

banner

Əlaqəli Yazılar Xüsusi