ABŞ hərbçiləri İranın hansı raket və PUA-larının vurulacağına qərar verir.
Army.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Bildirilib ki, ABŞ Silahlı Qüvvələrinin komandanlığı atılan raket və ya pilotsuz uçuş aparatının Amerika hərbçiləri və ya regionda yerləşən strateji əhəmiyyətli obyektlər üçün təhlükə yaratmadığı hallarda bahalı raket əleyhinə müdafiə vasitələrindən istifadə etməmək qərarı verib.
Telekanalın Ağ Evdəki iki mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ bəzi hücumların hədəflərinə çatmasına imkan verir. Bu yanaşmanın münaqişənin ilk günlərindən tətbiq edildiyi bildirilir.
