41
Türkiyənin şərq bölgəsində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Army.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 441 min nəfər əhalisi olan Malatya şəhərinin 19 kilometr cənub-şərqində yerləşib.
Zəlzələnin ocağı isə 16 kilometr dərinlikdə müəyyən edilib.Hazırkı məlumata görə, təbii hadisə nəticəsində insan tələfatı və ya dağıntılar barədə rəsmi məlumat daxil olmayıb.
