Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri kimi rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.
Army.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Bernem bu gün Kral III Çarlzla görüşərək hökuməti formalaşdırmağa hazır olduğunu bəyan edib. Bundan sonra o, rəsmən Baş nazir vəzifəsinə təsdiqlənib.
Qeyd edək ki, Endi Bernem hakim Leyboristlər Partiyasının lideridir. Bu təyinatla o, son on il ərzində Böyük Britaniyaya rəhbərlik edən yeddinci Baş nazir kimi tarixə düşüb.
