Türkiyənin “Baykar” və İtaliyanın “Leonardo” şirkətləri pilotlu və pilotsuz döyüş platformalarının birgə istifadəsi sahəsində əldə etdikləri nəticələri ictimaiyyətə təqdim etməyə hazırlaşır.
Army.az xəbər verir ki, hər iki şirkət iyulun 21-də Böyük Britaniyada start götürəcək “Farnborough Airshow” beynəlxalq aviasiya və müdafiə sərgisi çərçivəsində birgə təqdimat keçirəcək.
Təqdimatın əsas mövzusu Türkiyədə M-346 təlim təyyarəsi ilə “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsinin iştirakı ilə həyata keçirilən pilotlu–pilotsuz komanda işi (Manned-Unmanned Teaming – MUM-T) sınaqlarının nəticələri olacaq. Bu sınaqların gələcək hava əməliyyatlarında yeni imkanlar yaratdığı vurğulanır.