Ev DünyaErmənistan Rusiyanın dəmir yolunu niyə maliyyələşdirir?

Ermənistan Rusiyanın dəmir yolunu niyə maliyyələşdirir?

by Baş Redaktor
22 Baxış

Ermənistan Rusiyanın nəzarətində olan dəmir yolu infrastrukturu üçün dövlət maliyyələşməsini artırıb.

Army.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.

Bildirilib ki, İrəvan Rusiya Dəmir Yollarının törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları”na ayrılan subsidiyanın 65,2 milyon dram artırılması barədə qərar qəbul edib.

Bu addım Ermənistanla Rusiya arasında dəmir yolu əməkdaşlığı və regional tranzit marşrutları ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda atılıb.

banner

Bununla yanaşı, Ermənistan hökuməti Gümrü–Axurik və Yerasx istiqamətlərində dəmir yolu xətlərinin bərpası üzrə işləri sürətləndirir.

Əlaqəli Yazılar Xüsusi