Ev Hərbi XəbərlərRubio: İran danışıqlara ciddi yanaşmır

Rubio: İran danışıqlara ciddi yanaşmır

by Baş Redaktor
31 Baxış

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran hazırkı mərhələdə Vaşinqtonla aparılan danışıqlara kifayət qədər ciddi münasibət sərgiləmir.

Army.az xəbər verir ki, Rubio bu fikirləri ASEAN ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən tədbirdə səsləndirib.

Onun sözlərinə görə, ABŞ milli maraqlarını və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün zəruri hesab etdiyi bütün tədbirləri görməyə hazırdır.

“Əsas problem ondan ibarətdir ki, hazırda İran danışıqlara ciddi yanaşmır. Əgər onlar konstruktiv və ciddi mövqe nümayiş etdirsələr, biz də eyni şəkildə cavab verəcəyik”, – deyə Rubio vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi