Ev DünyaTramp Səudiyyə Ərəbistanının nüvə proqramına dəstəyi təsdiqlədi

Tramp Səudiyyə Ərəbistanının nüvə proqramına dəstəyi təsdiqlədi

by Baş Redaktor
23 Baxış

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc məqsədli nüvə proqramına dəstəyini nəzərdə tutan sazişə razılıq verib.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, 30 il müddətinə hesablanmış saziş çərçivəsində on milyardlarla dollar həcmində investisiyanın ayrılması planlaşdırılır. Nüvə infrastrukturunun qurulması və inkişafında əsas icraçı rolunun Amerika şirkətlərinə həvalə ediləcəyi bildirilir.

Qeyd olunur ki, tərəflər bunun məqsədəuyğun olduğuna qərar verərsə, Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi müəssisəsinin tikintisi də sazişin əsas bəndlərindən biri olacaq.

banner

Nəşrin məlumatına əsasən, müqavilənin yaxın günlərdə ABŞ Konqresinin müzakirəsinə çıxarılması gözlənilir.

Əlaqəli Yazılar Xüsusi