Ev Hərbi XəbərlərBöyük Britaniya və Almaniya yeni uzaqmənzilli raket hazırlayır

Böyük Britaniya və Almaniya yeni uzaqmənzilli raket hazırlayır

by Baş Redaktor
28 Baxış

Böyük Britaniya və Almaniya Avropanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 2000 kilometr uçuş məsafəsinə malik yeni raket sisteminin hazırlanması üzərində birgə işləyir.

Army.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, London və Berlin hazırlanan raket kompleksinin 2034-cü ilə qədər silahlı qüvvələrin arsenalına daxil edilməsini hədəfləyir.

Britaniya hökumətinin müdafiə strategiyasından məlumatlı mənbələr bildiriblər ki, London Rusiyaya qarşı çəkindirmə siyasətində Almaniyanı əsas tərəfdaşlarından biri hesab edir.

banner

Məqalədə həmçinin vurğulanır ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq “Trinity House” və Kensinqton sazişləri çərçivəsində daha da genişləndirilib.

Əlaqəli Yazılar Xüsusi