Ev Hərbi XəbərlərUkrayna cəbhəni robotlara həvalə edir – 25 min pilotsuz yerüstü aparat sifarişi

Ukrayna cəbhəni robotlara həvalə edir – 25 min pilotsuz yerüstü aparat sifarişi

by Baş Redaktor
30 Baxış

Ukrayna 2026-cı ilin ilk yarısında 25 min pilotsuz yerüstü aparat (UGV) sifariş etməyi planlaşdırır. Bu rəqəm 2025-ci illə müqayisədə iki dəfədən çoxdur və Müdafiə Nazirliyi cəbhə logistikası işlərini tam şəkildə hərbçilərdən alaraq robot sistemlərə ötürməyi hədəfləyir.

Army.az xəbər verir ki, müdafiə naziri Mixaylo Fedorov ötən həftə yerli istehsalçılarla görüşdən sonra bu planı açıqlayıb.

O bildirib ki, artıq 2027-ci il üçün də müqavilələrin imzalanmasına başlanılıb ki, istehsal prosesində sabitlik təmin olunsun. Nazir aprelin 18-də “Facebook” paylaşımında qeyd edib ki, pilotsuz yerüstü aparatları cəbhədə mühüm logistika və təxliyə funksiyalarını yerinə yetirir. Onun sözlərinə görə, təkcə mart ayında bu sistemlərlə 9 mindən çox əməliyyat icra olunub.

Fedorov vurğulayıb ki, əsas məqsəd cəbhə logistik işlərinin 100 faizinin robot sistemlər vasitəsilə həyata keçirilməsidir.

banner

Nazirlik yanvar ayından bu yana rəqəmsal satınalma sistemi vasitəsilə 181 mindən çox dron, yerüstü pilotsuz aparat və radioelektron mübarizə vasitəsinin cəbhəyə göndərilməsi üçün 14 milyard qrivnadan (təxminən 330 milyon dollar) çox vəsait xərcləyib. Bu sistem ön xətt bölmələrinə avadanlığı birbaşa yerli istehsalçılardan sifariş etmək imkanı yaradır.

Fedorovun açıqlamasından qısa müddət sonra Kiyev 300 kiloqram yükdaşıma qabiliyyətinə və 50 kilometr fəaliyyət radiusuna malik “Bizon-L” logistika robotunu NATO standartlarına uyğun kataloqlaşdıraraq silahlı qüvvələrdə istifadəyə icazə verib.

Prezident Volodimir Zelenski isə bildirib ki, son üç ayda Ukrayna qüvvələri 22 mindən çox pilotsuz əməliyyat həyata keçirib və bununla minlərlə əsgər ən təhlükəli tapşırıqlardan qorunub.

Əlaqəli Yazılar Xüsusi