ABŞ ordusu İrana qarşı hərbi əməliyyatların bərpasından sonra ilk dəfə “B-1 Lancer” strateji bombardmançı təyyarəsini döyüş missiyasına cəlb edib.
Army.az xəbər verir ki, bu barədə “Axios” portalı Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton İrana qarşı zərbələrin yenidən başlanmasından bəri ilk dəfə “B-1 Lancer” bombardmançısı ilə döyüş uçuşu həyata keçirib.
Portal qeyd edir ki, bu addım ABŞ-ın hərbi əməliyyatlarının miqyasının genişləndirildiyini və bölgədə gərginliyin daha da artdığını göstərən mühüm siqnal kimi qiymətləndirilir
