Ev TexnologiyaNorveçdən gözlənilməz qərar: Malayziya Türkiyə raketlərinə maraq göstərə bilər

Norveçdən gözlənilməz qərar: Malayziya Türkiyə raketlərinə maraq göstərə bilər

by Baş Redaktor
36 Baxış

Norveç Malayziyaya satmağı planlaşdırdığı NSM gəmi əleyhinə raketlərinin tədarükünü son anda dayandırıb. Bu qərardan sonra Malayziyanın döyüş gəmilərinin hansı raket sistemləri ilə silahlandırılacağı yenidən gündəmə gəlib və Türkiyənin “ATMACA” raket kompleksinin əsas namizədlərdən biri ola biləcəyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Rusiya–Ukrayna müharibəsi, eləcə də son dövrdə ABŞ, İsrail və İran arasında yaşanan qarşıdurmalar qlobal müdafiə bazarında təhlükəsizlik yanaşmalarını dəyişdirib. Bu dəyişikliklər nəticəsində daha əvvəl bağlanmış bəzi silah müqavilələri yenidən nəzərdən keçirilir.

Nəşrin yazdığına görə, Norveç də bu çərçivədə illər əvvəl Malayziya ilə imzaladığı NSM gəmi əleyhinə raketlərinin satışı barədə müqaviləni ilk tədarüklər başlamazdan əvvəl ləğv edib. Oslo qərarını regionda və dünyada formalaşan yeni təhlükəsizlik şəraiti ilə əsaslandırıb.

banner

Əlaqəli Yazılar Xüsusi