Ev DünyaPezeşkian istefa xəbərlərinə nöqtə qoydu: “Mübarizə aparacağam”

Pezeşkian istefa xəbərlərinə nöqtə qoydu: “Mübarizə aparacağam”

by Baş Redaktor
13 Baxış

İran Prezidenti Məsud Pezeşkian istefa verəcəyi barədə yayılan xəbərləri qətiyyətlə təkzib edib.

Army.az xəbər verir ki, bu barədə iran mediası məlumat yayıb.

Videoaçıqlama ilə çıxış edən dövlət başçısı vəzifəsini tərk etmək fikrində olmadığını vurğulayaraq mübarizəni davam etdirəcəyini bildirib.

“Mən istefa verməyəcəyəm. Mübarizə aparacağam”, – deyə Pezeşkian bəyan edib.

banner

Prezident eyni zamanda ölkənin ali dini lideri və hərbi rəhbərliklə arasında fikir ayrılığı olduğu barədə iddiaları da rədd edib. Onun sözlərinə görə, İran rəhbərliyi və silahlı qüvvələrlə tam koordinasiya şəraitində fəaliyyət göstərir.

Əlaqəli Yazılar Xüsusi