Ev TexnologiyaMüharibədə yeni mərhələ? Robotlar artıq dronlarla cəbhə arxasına göndərilir

Müharibədə yeni mərhələ? Robotlar artıq dronlarla cəbhə arxasına göndərilir

by Baş Redaktor
91 Baxış

Ukrayna hərbçiləri unikal əməliyyat həyata keçiriblər. Ağır yükdaşıyan pilotsuz uçuş aparatı yerüstü robotlaşdırılmış ARK-1 kompleksini birbaşa Rusiya qüvvələrinin arxa cəbhəsinə çatdıraraq oraya endirib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bununla belə, hərbçilər bildirirlər ki, bu üsulun yaxın zamanda kütləvi şəkildə tətbiq ediləcəyini demək hələ tezdir.

Mütəxəssislərin sözlərinə görə, yerüstü robotların hava yolu ilə daşınmasının bir sıra ciddi məhdudiyyətləri var:

banner
  • Yükqaldırma qabiliyyəti: Ağır robotu qaldıra bilən dron əksər hallarda həmin hədəfi döyüş sursatı atmaqla özü də məhv edə bilər.
  • Endirmənin mürəkkəbliyi: Robotun təhlükəsiz şəkildə yerə endirilməsi çətindir. Ərazi relyefi və ya ağaclar səbəbindən eniş zamanı dronla əlaqə itə bilər.

Qeyd olunur ki, bu taktika əsasən xüsusi əməliyyatlarda istifadə olunacaq. Məsələn, bataqlıq və ya çay kimi maneələrin aşılması, eləcə də düşmən arxasında saatlarla gizlənərək hədəfi gözləyən kamikadze robotların yerləşdirilməsi üçün əlverişli hesab olunur.

Əlaqəli Yazılar Xüsusi