Rusiya tərəfindən Qara dənizdə tətbiq olunan blokada səbəbindən Ukrayna məhsulların xarici bazarlara çatdırılması üçün alternativ logistika marşrutlarının yaradılması istiqamətində fəaliyyətini sürətləndirib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Nazirin sözlərinə görə, Kiyev beynəlxalq tərəfdaşlarına müraciət edərək Rusiyaya siyasi və diplomatik təzyiqlərin artırılmasını, bununla da Ukraynanın dəniz yolu ilə ixrac imkanlarının bərpasına dəstək göstərilməsini istəyib.
Sibiqa vurğulayıb ki, Rusiyanın mülki gəmilərə qarşı həyata keçirdiyi hücumlar yalnız Ukraynanın ixracına zərbə vurmur, eyni zamanda ekipaj üzvlərinin, əksəriyyəti xarici ölkə vətəndaşları olan insanların həyatını da ciddi risk altına qoyur.
