Ev DünyaPaşinyan Simonyana yox dedi : “İstirahət et”

Paşinyan Simonyana yox dedi : “İstirahət et”

by Baş Redaktor
82 Baxış

Ermənistan parlamentinin sədri Alen Simonyanın Baş nazir Nikol Paşinyandan hökumətdə yeni vəzifə istədiyi, lakin müsbət cavab ala bilmədiyi iddia edilir.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Simonyan həm əvvəlki mövqeyini itirməsini, həm də hakim “Vətəndaş Müqaviləsi” komandasında təsir imkanlarının zəifləməsini qəbul etməkdə çətinlik çəkir:

“Məzuniyyətə çıxmazdan əvvəl Alen Simonyan Nikol Paşinyanla görüşərək hökumətdə ona yeni vəzifə verilməsini xahiş edib. O, baş nazirin müavini və ya Ermənistanın Böyük Britaniyadakı səfiri postuna təyin olunmaq istəyib.

banner

Lakin hökumətə yaxın mənbələrin sözlərinə görə, Paşinyan bu təklifləri qəbul etməyib və Simonyana məzuniyyətini davam etdirərək dincəlməyi məsləhət görüb.

Alen Simonyan iyulun ortalarından bəri ölkə xaricindədir və indiyədək Ermənistana qayıtmayıb”.

Əlaqəli Yazılar Xüsusi