Ev DünyaPaşinyan: Ermənistan eyni vaxtda Aİ və Aİİ üzvü ola bilməz

Paşinyan: Ermənistan eyni vaxtda Aİ və Aİİ üzvü ola bilməz

by Baş Redaktor
64 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının (Aİ) üzvü olması mümkün deyil.

Army.az xəbər verir ki, Paşinyan bu fikirləri Qırğızıstanda keçirilən rəsmi tədbirdə çıxışı zamanı səsləndirib.

Baş nazir qeyd edib ki, 2025-ci ildə Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində qəbul etdiyi qanun ölkə üçün əlavə siyasi və iqtisadi imkanların yaradılmasına hesablanıb.

“Biz anlayırıq ki, eyni anda hər iki təşkilatın üzvü ola bilmərik. Həmin qanunun qəbulu da Ermənistanın bu gün və ya yaxın zamanda Avropa İttifaqına üzv olması anlamına gəlmir”, – deyə Paşinyan vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi