Ev DünyaFyodorovdan Zelenskiyə çağırış: 12 gün ərzində qərar verilməlidir

Fyodorovdan Zelenskiyə çağırış: 12 gün ərzində qərar verilməlidir

by Baş Redaktor
55 Baxış

Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov Prezident Volodimir Zelenskiyə müraciət edərək 12 gün ərzində əvvəlki vəzifəsinə qaytarılmasını tələb etdiyini açıqlayıb.

Army.az xəbər verir ki, Fyodorov bu barədə keçmiş müavini Sergey Sternenkoya verdiyi müsahibə zamanı danışıb.

O bildirib ki, gələcək fəaliyyət planları ilə bağlı daha ətraflı açıqlamanı Ali Radanın avqustun 18-də tətil müddətindən sonra işinə qayıtmasının ardınca verməyi düşünür.

Keçmiş nazirin sözlərinə görə, Zelenski onun tələbinə mənfi cavab verərsə və ya parlamentdə müvafiq qərarın qəbul edilməsi gecikərsə, alternativ addımlar atmaq üçün bir neçə variantı mövcuddur.

banner

“Mənim B, C, D və digər planlarım var. Əsas məqsəd planın həyata keçirilməsi və qələbəmiz naminə fəaliyyət göstərməkdir”, – deyə Fyodorov qeyd edib.

Əlaqəli Yazılar Xüsusi