Ev TexnologiyaRusiyanın A-50U təyyarələri dron ovuna çıxarılıb – “uçan radar”ların rolu artır

Rusiyanın A-50U təyyarələri dron ovuna çıxarılıb – “uçan radar”ların rolu artır

by Baş Redaktor
37 Baxış

Rusiyanın uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarələri — A-50U-lar Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarına qarşı mübarizədə daha intensiv şəkildə istifadə olunmağa başlayıb.

Army.az xəbər verir ki, bu barədə “Voyennaya Xronika” Telegram kanalı məlumat yayıb.

A-50U təyyarələrinin dronlarla mübarizədə rolu diqqət çəkib:

“Bu təyyarələrdən istifadənin artırılmasının əsas məqsədi radarların əhatə dairəsini genişləndirmək və daha çox PUA-nı vaxtında aşkar etməkdir. Görünür, radioüfüqü yüksəltmək və bununla daha çox pilotsuz uçuş aparatı aşkarlamaq ideyası nəhayət üstün gəlib”.

banner

A-50 aviasiya kompleksi “Şmel” radiotexniki sistemi və İl-76 hərbi-nəqliyyat təyyarəsi əsasında yaradılıb. Bu “uçan radar”ın düşmən bombardmançı təyyarəsini 600 kilometrdən artıq məsafədən aşkarlaya bildiyi bildirilir.

Əlaqəli Yazılar Xüsusi