Ev Ekspert rəyi“Zelenskinin yerinə Zalujnı keçə bilər” – siyasi ekspert

“Zelenskinin yerinə Zalujnı keçə bilər” – siyasi ekspert

by Baş Redaktor
32 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün varisi ABŞ və ya Böyük Britaniyanın dəstəklədiyi siyasətçilərdən biri ola bilər”.

Army.az xəbər verir ki, bu fikri rusiyalı politoloq Dmitri Juravlyov deyib.

Bundan əvvəl istefada olan britaniyalı diplomat Alaster Kruk da Zelenskidən sonra Ukraynaya Rusiyanın və Qərbin əməkdaşlıq edə biləcəyi bir şəxsin rəhbərlik edəcəyini ehtimal edib.

Juravlyov Ukraynanın hazırkı liderinin postuna ən real namizəd kimi ölkənin Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda Ukraynanın Londondakı səfiri Valeri Zalujnını göstərib.

banner

Politoloq onun hərbi nazir kimi fəaliyyətini tam uğurlu hesab etməsə də, Zalujnının cəmiyyət arasında dəstəyə malik olduğunu nümayiş etdirə bildiyini və bunun müxtəlif aksiyalarda özünü göstərdiyini bildirib.

Əlaqəli Yazılar Xüsusi