Ev DünyaPaşinyanın qızı Ədliyyə Nazirliyində təcrübəyə başlayıb

Paşinyanın qızı Ədliyyə Nazirliyində təcrübəyə başlayıb

by Baş Redaktor
51 Baxış

Ermənistan Baş naziri Nikol Paşinyanın ortancıl qızı Şuşan Paşinyan ölkənin Ədliyyə Nazirliyində qısamüddətli təcrübə keçir.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Şuşan Paşinyanın Ədliyyə naziri Srbui Qalyanın iştirakı ilə keçirilən işçi görüşündə görünməsi diqqət çəkib. Görüş şəxsi məlumatların qorunması üzrə müstəqil qurumun yaradılması ilə bağlı qanunvericilik paketinə həsr olunub.

Ədliyyə Nazirliyindən bildirilib ki, Şuşan Paşinyan “Bir gün nazir ilə” proqramında iştirak edir və qısamüddətli praktika keçir. Bu səbəbdən onun nazirlikdə daimi vəzifəyə təyin olunduğunu söyləmək düzgün deyil.

banner

Əlaqəli Yazılar Xüsusi