İranın Ali rəhbəri Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlanıb.
Army.az-ın məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi bildirib ki, Ali rəhbərin ictimai fəaliyyətinin məhdudlaşdırılması təhlükəsizliklə bağlıdır.
Nəqdi jurnalistlərin Müctəba Xameneinin niyə ictimaiyyət qarşısına çıxmaması ilə bağlı sualını cavablandırarkən bunun düşmənlərin mümkün təhdidləri ilə əlaqəli olduğunu deyib.
SEPAH rəsmisi qeyd edib ki, bu, təhlükəsizlik strategiyasının bir hissəsidir və Xameneinin ictimaiyyət qarşısında görünməməsinin başqa səbəbi yoxdur.
Nəqdi isə Ali rəhbərlə şəxsən görüşüb-görüşmədiyi barədə verilən suala cavab verməkdən imtina edib.
