“Ermənistan hakimiyyəti istənilən halda Rusiya bazarından asılılığı azaltmaq məqsədilə ərzaq ixracının şaxələndirilməsi siyasətindən imtina etməyəcək”.
Army.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistandan ərzaq ixracı ilə bağlı Rusiyada yaranan problemlər aradan qaldırılsa belə, erməni təchizatçılar yeni və perspektivli satış bazarları axtarmağı davam etdirəcəklər:
“İstənilən halda biz əlaqələrimizi şaxələndirməliyik”.
