Ev GündəmKadrovun oğluna yeni fəxri ad verildi

Kadrovun oğluna yeni fəxri ad verildi

by Baş Redaktor
67 Baxış

Çeçenistan Təhlükəsizlik Şurasının katibi və respublika rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Kurçaloyevski rayonunun fəxri vətəndaşı elan edilib.

Army.az xəbər verir ki, bu barədə Çeçenistan Təhlükəsizlik Şurası məlumat yayıb və müvafiq mükafatlandırma mərasimindən görüntülər təqdim edib.

Bildirilib ki, fəxri ad Adam Kadırova məsuliyyətli fəaliyyətinə, respublikanın maraqlarına sədaqətinə və Kurçaloyevski rayonunun sakinləri qarşısındakı xidmətlərinə görə verilib.

Bu, Adam Kadırovun son dövrdə aldığı növbəti təltifdir. Daha əvvəl o, Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin 90 illiyinə həsr olunmuş tədbirdə yubiley medalı ilə təltif edilmişdi.

banner

Həmin vaxt eyni medala Çeçenistan rəhbəri Ramzan Kadırov da layiq görülmüşdü.

Əlaqəli Yazılar Xüsusi