Ev Dünyaİsveçrədə dondurulmuş Rusiya aktivləri 8,5 milyard franka çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivləri 8,5 milyard franka çatıb

by Baş Redaktor
52 Baxış

İsveçrədə sanksiyalar çərçivəsində dondurulmuş Rusiya mənşəli maliyyə aktivlərinin həcmi artaraq 8,5 milyard İsveçrə frankına yüksəlib.

Army.az xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Fabian Mayenfiş məlumat verib. Onun sözlərinə görə, 2026-cı il iyunun 1-nə olan göstəriciyə əsasən, ölkədə ümumilikdə 8,5 milyard frank dəyərində maliyyə aktivlərinə məhdudiyyət qoyulub.

Müqayisə üçün, bir il əvvəl dondurulmuş Rusiya aktivlərinin həcmi 7,4 milyard İsveçrə frankı təşkil edirdi. Beləliklə, göstəricidə il ərzində 1,1 milyard frank artım qeydə alınıb.

Əlaqəli Yazılar Xüsusi