Ev DünyaRusiya Təhlükəsizlik Şurasının katibi Qərbi ittiham etdi

Rusiya Təhlükəsizlik Şurasının katibi Qərbi ittiham etdi

by Baş Redaktor
23 Baxış

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Qərb ölkələrinin Ermənistan və Gürcüstandakı siyasi proseslərə müdaxilə etdiyini iddia edib.

Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Şoyqu Qərb dövlətlərinin Cənubi Qafqaz ölkələrində siyasi vəziyyətə açıq şəkildə təsir göstərməyə çalışdığını bildirib.

Onun sözlərinə görə, bu cür müdaxilə regionda, xüsusilə Ermənistan və Gürcüstanda müşahidə olunur.

banner

Qeyd edək ki, sentyabrın əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Gümrüdəki hərbi bazası ilə bağlı məsələyə münasibət bildirib. Paşinyan Moskva bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, İrəvanın buna etiraz etməyəcəyini deyib.

Əlaqəli Yazılar Xüsusi