Ev DünyaPaşinyan: “Rusiya bazanı çıxarmaq istəyirsə, qoy çıxarsın”

Paşinyan: “Rusiya bazanı çıxarmaq istəyirsə, qoy çıxarsın”

by Baş Redaktor
9 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasını ölkədən çıxarmaq qərarı verəcəyi təqdirdə, hökumətin buna qarşı çıxmayacağını bildirib.

Army.az xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərlə görüşü zamanı qeyd edib.

Bildirib ki, Ermənistan tərəfi indiyədək Rusiya hərbi bazasının mövcudluğu məsələsini müzakirəyə çıxarmayıb. Onun sözlərinə görə, hazırda bu mövzunu gündəmə gətirən Rusiya tərəfidir və Ermənistan da yaranmış müzakirə çərçivəsində mövqeyini formalaşdırır.

Baş nazir 2022-ci ilin sentyabrında baş verən hadisələrin 102-ci bazanın Ermənistanın təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşımadığını göstərdiyini deyib.

banner

Paşinyan bildirib ki, Ermənistan rəsmiləri tərəfindən indiyədək rusiyalı həmkarları qarşısında bazanın ölkədə qalması ilə bağlı hər hansı tələb irəli sürülməyib. O əlavə edib ki, Moskva bazanı çıxarmaq qərarına gəlsə, İrəvan buna etiraz etməyəcək.

Əlaqəli Yazılar Xüsusi