Ev Hərbi XəbərlərUkrayna Rusiyaya qarşı əməliyyatlarda YENİ SİLAHDAN istifadə etdi

Ukrayna Rusiyaya qarşı əməliyyatlarda YENİ SİLAHDAN istifadə etdi

by Baş Redaktor
153 Baxış

Ukrayna Silahlı Qüvvələri Rusiyanın dərinliklərində yerləşən hədəflərə qarşı ilk dəfə Böyük Britaniyada istehsal olunan pilotsuz uçuş aparatlarından istifadə edib.

Army.az xəbər verir ki, bu barədə “The Sunday Times” Ukrayna ordusundakı mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Britaniyanın Uiltşir qraflığında “Callen-Lenz” şirkəti tərəfindən hazırlanan “Nyan” tipli dronlar Volqoqrad və Yaroslavl şəhərlərindəki neft emalı müəssisələrinə endirilən zərbələr zamanı tətbiq olunub.

Bununla da Britaniya istehsalı PUA-ların Ukraynanın Rusiyanın dərinliklərində həyata keçirdiyi əməliyyatlarda ilk dəfə istifadə edildiyi bildirilir.

banner

Əlaqəli Yazılar Xüsusi