Yaxın Şərqin neft ixracatçısı olan bəzi ölkələri Hörmüz boğazından karbohidrogenlərin daşınmasını gizli şəkildə davam etdirir.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Vurğulanıb ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveytdən yüklənən neft tankerləri boğazdan keçərkən gəmilərin yerini müəyyənləşdirməyə imkan verən transponderləri deaktiv edirlər:
“Bu üsuldan istifadə etməklə həyata keçirilən daşımalar artıq bir neçə aydır davam edir. Tankerlərin hərəkətinin izlənilməsinin məhdudlaşdırılması Hörmüz boğazından faktiki olaraq nə qədər neftin keçirildiyi barədə dəqiq mənzərə əldə etməyi çətinləşdirir”.
