Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 22-ci sanksiya paketi 2022-ci ildən bu yana tətbiq ediləcək ən genişmiqyaslı məhdudiyyətlərdən biri ola bilər.
Army.az xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
O bildirib ki, Moskva üzərində təzyiqin daha da gücləndirilməsi zəruridir:
“Rusiyanın üzləşdiyi itkilər artıq ciddi həddə çatıb”.
Kallasın açıqlamasına əsasən, yeni paket təsdiqlənərsə, sanksiyaların əhatə dairəsi də əhəmiyyətli dərəcədə genişlənəcək. Belə ki, məhdudiyyətlər tətbiq olunan Rusiya vətəndaşları və qurumlarının sayının təxminən üçdəbir artacağı gözlənilir.
