Ev Dünyaİran neftini gizli yollarla satmağa məcbur qalır: Tehrandan etiraf

İran neftini gizli yollarla satmağa məcbur qalır: Tehrandan etiraf

by Baş Redaktor
74 Baxış

İran prezidentinin müavini Məhəmməd Cəfər Qaimpənah ölkəsinin sanksiyalar səbəbindən neft satışında ciddi çətinliklərlə qarşılaşdığını bildirib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Onun sözlərinə görə, tətbiq olunan məhdudiyyətlər İranı neftin satışında qeyri-rəsmi kanallardan istifadə etməyə vadar edir:

“Qaimpənah qeyd edib ki, bu zaman neftin satışı üçün treyderlərin və vasitəçilərin xidmətindən yararlanmaq lazım gəlir. Lakin neftin satılıb-satılmayacağı, eləcə də satışdan əldə olunan vəsaitin nə vaxt geri qaytarılacağı əvvəlcədən məlum deyil”.

banner

İran rəsmisi əlavə edib ki, mövcud vəziyyət neftin hansı müddətdə satılacağı, ödənişlərin hansı mexanizmlə ölkəyə qaytarılacağı və yükün daşınma prosesinə qədər təhlükəsizliyinin necə qorunacağı ilə bağlı bir sıra suallar doğurur. Onun fikrincə, yaranmış qeyri-müəyyənlik vasitəçilərin əlavə gəlir əldə etməsinə imkan yarada bilər.

Əlaqəli Yazılar Xüsusi