ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmanın əldə olunmasında yaranan problemlərə görə Omanın rolunu önə çıxarmağa çalışdığı bildirilir.
Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bildirilib ki, ABŞ administrasiyası daxilində Maskatın Tehranla münasibətlərinə yanaşma məsələsində fikir ayrılığı mövcuddur.
Məlumata görə, administrasiyanın bəzi yüksəkvəzifəli nümayəndələri Oman və İran arasında əlaqələrin genişlənməsini müsbət qiymətləndirirlər. Onların fikrincə, Maskatla Tehran arasında təmasların güclənməsi İran məsələsinin diplomatik yollarla həllinə və tərəflər arasında anlaşmanın əldə olunmasına şərait yarada bilər.
Nəşrin məlumatına əsasən, bununla belə, Tramp administrasiyasında Omanın vasitəçilik və İranla münasibətlərdəki roluna dair vahid mövqe formalaşmayıb.
