Ev DünyaƏrdoğan Trampa çağırış etdi: “Diplomatik imkanlardan istifadə olunmalıdır”

Ərdoğan Trampa çağırış etdi: “Diplomatik imkanlardan istifadə olunmalıdır”

by Baş Redaktor
65 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, söhbət zamanı Ankara ilə Vaşinqton arasındakı münasibətlər, həmçinin regionda və dünyada baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Ərdoğan İran və ABŞ arasında müşahidə olunan gərginliyin azaldılması üçün diplomatik kanallardan mümkün qədər səmərəli yararlanmağın önəmini qeyd edib. Türkiyə prezidentinin sözlərinə görə, Ankara tərəflər arasında dialoqun davam etdirilməsini və problemin danışıqlar yolu ilə həllinə yönələn təşəbbüsləri dəstəkləyir.

banner

Telefon danışığında Qəzza zolağında baş verən son hadisələr də diqqət mərkəzində olub. Tərəflər bölgədə sülhün təmin olunması istiqamətində aparılan proses barədə də fikir mübadiləsi aparıblar.

Əlaqəli Yazılar Xüsusi