Ev Hərbi XəbərlərTehran Trampın eskalasiyasına hazırlaşır: ABŞ-ın Avropadakı obyektləri vurula bilər

Tehran Trampın eskalasiyasına hazırlaşır: ABŞ-ın Avropadakı obyektləri vurula bilər

by Baş Redaktor
55 Baxış

İran ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da genişləndirəcəyi təqdirdə Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirmək variantını nəzərdən keçirir.

Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, mümkün hədəflər arasında Cənub-Şərqi Avropa ölkələri də yer alır. Xüsusilə Bolqarıstanın adı çəkilir. Sofiyanın ötən ay ABŞ hərbi təyyarələrinin yanacaqla təmin olunması üçün öz aviabazalarından istifadəyə icazə verdiyi qeyd olunur.

Kipr də İranın nəzərdən keçirdiyi mümkün hədəflər sırasında göstərilir.

banner

Bundan başqa, Tehran münaqişənin daha da genişlənəcəyi təqdirdə Hörmüz boğazından keçən sualtı fiber-optik kabellərə zərbə endirmək imkanını da ayrıca qiymətləndirir.

Əlaqəli Yazılar Xüsusi