İsrailin xarici işlər naziri Gideon Saar ABŞ-ın keçmiş prezidenti Bill Klintonun hakimiyyəti dövründə Şimali Koreyanın nüvə proqramına qarşı hərbi müdaxilə planının hazırlandığını iddia edib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Saarın sözlərinə görə, həmin dövrdə ABŞ rəhbərliyi daha sərt qərarlar qəbul etsəydi, Şimali Koreyanın nüvə silahına sahib olmasının qarşısını almaq mümkün idi:
“Əgər Bill Klintonun dövründə ABŞ rəhbərliyi düzgün qərarlar qəbul etsəydi, Şimali Koreyanın nüvə silahı olmazdı. Klintonun hərbi planı var idi, lakin o, bu planı həyata keçirmədi”.
