Ev Hərbi Xəbərlərİsrail Qəzza ilə bağlı ABŞ-la mexanizm yaratmaqdan imtina edir: “Mənasızdır”

İsrail Qəzza ilə bağlı ABŞ-la mexanizm yaratmaqdan imtina edir: “Mənasızdır”

by Baş Redaktor
156 Baxış

İsrail Qəzza zolağında vəziyyətin tənzimlənməsi məqsədilə ABŞ-la xüsusi koordinasiya mexanizminin yaradılmasını məqsədəuyğun hesab etmir.

Army.az xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb.

Bildirilib ki, Təl-Əviv HƏMAS tərəfindən yaranan təhlükələrə operativ şəkildə cavab vermək və qruplaşmanın mövqelərinə zərbələr endirmək hüququnu özündə saxlamaq niyyətindədir.

İsrail tərəfi hesab edir ki, ABŞ-la yaradılacaq belə bir mexanizm ölkənin HƏMAS-ın mümkün hücumlarına dərhal reaksiya vermək imkanlarını məhdudlaşdıra bilər. Məhz bu səbəbdən İsrail hakimiyyəti təklif olunan mexanizmin yaradılmasını hazırkı mərhələdə səmərəsiz hesab edir.

banner

Əlaqəli Yazılar Xüsusi