Ev Hərbi XəbərlərISW: Ukrayna ordusu Xarkovun şimalında irəliləyib

ISW: Ukrayna ordusu Xarkovun şimalında irəliləyib

by Baş Redaktor
77 Baxış

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimalında mövqelərini irəli çəkib və Rusiya qüvvələrinin bölgədə həyata keçirməyə çalışdığı əməliyyatı dəf edib.

Army.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatına istinadən məlumat yayılıb.

Məlumata görə, Ukrayna hərbçiləri Xarkov şəhərinin şimalında yerləşən Belo Kolodez yaşayış məntəqəsinin şimalında irəliləyib. Bu irəliləyiş geolokasiya görüntüləri ilə də təsdiqlənib.

ISW həmçinin bildirir ki, Ukrayna qüvvələri Vovçansk istiqamətində Rusiya bayrağının qaldırılması ilə bağlı əməliyyatın qarşısını alıb. Ukrayna Dövlət Sərhəd Xidməti də bu məlumatı təsdiqləyib.

banner

Amerikalı analitiklərin qiymətləndirməsinə görə, Rusiya qüvvələrinin bayraq qaldırmaq cəhdləri Kremlin real hərbi uğurlar barədə yanlış təsəvvür yaratmağa yönəlmiş informasiya və psixoloji kampaniyasının bir hissəsidir.

Əlaqəli Yazılar Xüsusi