Ev TexnologiyaNATO “Patriot” sistemlərini yeni səviyyəyə çıxarır – 60 milyon dollar…

NATO “Patriot” sistemlərini yeni səviyyəyə çıxarır – 60 milyon dollar…

by Baş Redaktor
51 Baxış

NATO “Patriot” hava və raketdən müdafiə sistemlərinin “Integrated Battle Command System” (IBCS) ilə inteqrasiyasını sürətləndirmək üçün KBR şirkəti ilə beşillik müqavilə bağlayıb.

Army.az xəbər verir ki, müqavilə NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) tərəfindən imzalanıb.

Sazişin ilkin maksimal dəyəri 60 milyon dollar təşkil edir.

Layihə çərçivəsində komanda-idarəetmə imkanlarının inkişafı, texniki xidmət və sistemlərin inteqrasiyası üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur.

banner

“Patriot” komplekslərinin IBCS ilə uyğunlaşdırılması NATO və ABŞ-ın döyüş komandanlıqlarının modernləşdirmə üzrə əsas prioritetlərindən biridir.

Əlaqəli Yazılar Xüsusi