Ev DünyaTramp Körfəz ölkələrindən danışdı: “İran onlara da zərbə endirdi”

Tramp Körfəz ölkələrindən danışdı: “İran onlara da zərbə endirdi”

by Baş Redaktor
54 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında bəzi Körfəz ölkələrinin Vaşinqton və İsraillə münasibətlərinə baxmayaraq, münaqişə zamanı tam olaraq tərəf seçmədiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ liderinin sözlərinə görə, İran münaqişənin gedişində regiondakı bir sıra ölkələrə raket zərbələri endirməyə başlayıb. O, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyni nümunə göstərib.

Tramp qeyd edib ki, bu hücumlar həmin ölkələrin mövqeyi fonunda gözlənilməz olub.

banner

Bundan əvvəl İranın Fars körfəzi hövzəsində yerləşən bir sıra dövlətlərdəki obyektlərə zərbələr endirdiyi barədə məlumatlar yayılmışdı. Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və BƏƏ bu məlumatlarda adı çəkilən ölkələr arasında olub.

Əlaqəli Yazılar Xüsusi