Almaniyada Bundesverə yeni hərbi qulluqçuların cəlb olunması üçün fərqli reklam strategiyasından istifadə edilir. Ölkənin müxtəlif bölgələrində ordunun xidmət imkanlarını təbliğ edən materiallara artıq kabab paketlərinin üzərində də rast gəlinir.
Army.az xəbər verir ki, paketlərdə yerləşdirilən QR kodu skan edən şəxslər Almaniya ordusunun tibbi bölmələrində xidmətlə bağlı ətraflı məlumat əldə edə bilirlər.
Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi “Berliner Kurier”ə açıqlamasında bildirib ki, kampaniyanın auditoriyası yalnız peşə seçimi mərhələsində olan gənclərlə məhdudlaşmır. Artıq əmək fəaliyyəti ilə məşğul olan, karyerasını dəyişmək barədə düşünən şəxslər və müxtəlif sahələr üzrə ixtisaslı mütəxəssislər də potensial namizədlər sırasında yer alır.