Hörmüz boğazı üzərindən dəniz daşımalarının həcmi bir gün ərzində iki dəfə azalıb.
Army.az xəbər verir ki, Kpler şirkətinin məlumatına görə, cümə axşamı strateji əhəmiyyət daşıyan boğazdan xammal yükü daşıyan cəmi 7 gəmi keçib. Bir gün əvvəl isə bu göstərici 14 olub.
Məlumata əsasən, gəmilərdən 4-ü boğaza daxil olub, 3-ü isə əks istiqamətdə hərəkət edib.
Müharibə başlamazdan əvvəl dünya üzrə xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçirdi.
Son sutkada boğazdan keçən gəmilər arasında xam neft daşıyan supertankerlər və LNG tankerləri olmayıb. Bununla belə, propan və butan daşıyan iri qaz daşıyıcısı İrana məxsus ərazi sularından keçməklə boğazı tərk edib.
