ABŞ administrasiyası İranı danışıqlara məcbur etmək üçün iqtisadi təzyiqi əsas vasitələrdən biri hesab edir.
Army.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens məlumat verib.
Onun sözlərinə görə, İranın hərbi potensialına zərbə vurulduqdan sonra iqtisadi təzyiqin daha da artırılması Tehranın mövqeyini dəyişməsinə səbəb ola bilər.
Vens bildirib ki, tətbiq olunan iqtisadi tədbirlər İran rəhbərliyinin gələcək qərarlarına təsir göstərərək onu razılaşmaya sövq edə bilər.
“İrana qarşı iqtisadi təzyiqin artırılması Tehranın hesablamalarını dəyişərək onu razılaşmaya sövq edəcək. İran bu halda iki seçim qarşısında qalacaq: iqtisadi boğulma və ya beynəlxalq ictimaiyyətlə normal münasibətlər qurmaq”, – ABŞ vitse-prezidenti deyib.
