Ev TexnologiyaRusiyada “Qarpiya-A1” dronlarının seriya istehsalına başlanılıb

Rusiyada “Qarpiya-A1” dronlarının seriya istehsalına başlanılıb

by Baş Redaktor
156 Baxış

Rusiyada “Qarpiya-A1” pilotsuz uçuş aparatlarının seriya istehsalına start verilib.

Army.az xəbər verir ki, istehsal Rusiya Aerokosmik Müdafiə Konserni “Almaz-Antey”in müəssisələrində həyata keçirilir.

Bu barədə “Rostex”lə bağlı sənaye strukturlarının nümayəndəsi və “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev açıqlama verib.

Mixeyev bildirib ki, “Almaz-Antey” artıq xarici sifarişçilərlə bağlanan müqavilələri rəqabətqabiliyyətli müddətlərdə yerinə yetirməyə imkan verən istehsal səviyyəsinə çatıb. Onun sözlərinə görə, bu proses ölkənin müdafiə qabiliyyətinə xələl gətirmədən həyata keçirilir.

banner

“Qarpiya-A1” Rusiyanın uzaqmənzilli hücum PUA-larından biri kimi təqdim olunur. Daha əvvəl bu tip dronların Rusiyanın Afrikadakı hərbi kontingenti tərəfindən Malidə istifadə edildiyi barədə məlumatlar yayılmışdı.

Əlaqəli Yazılar Xüsusi