Ev Hərbi XəbərlərVarşava xəbərdarlıq etdi: “Bütün sərhəd keçidlərini bağlamağa hazırıq”

Varşava xəbərdarlıq etdi: “Bütün sərhəd keçidlərini bağlamağa hazırıq”

by Baş Redaktor
24 Baxış

Polşa zərurət yaranacağı təqdirdə Rusiya və Belarusla sərhəddəki bütün keçid məntəqələrini bağlamağa hazır olduğunu açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

O bildirib ki, Varşavanın belə bir addımı atmaq üçün lazımi texniki imkanları artıq mövcuddur.

“Zərurət yaranarsa, şərq sərhədindəki bütün keçid məntəqələrini bağlamağa hazırıq. Bunun üçün artıq avadanlığımız var”, – nazir deyib.

banner

Kosinyak-Kamış həmçinin Polşanın “Şərq qalxanı” əməliyyatı çərçivəsində sərhəd təhlükəsizliyinin gücləndirilməsinin davam etdirildiyini bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ABŞ və Böyük Britaniyadan hərbçilər Polşaya gələcək. Onlar mühəndis qrupları ilə birlikdə ölkənin Rusiya və Belarusla sərhədlərində müdafiə və istehkam tədbirlərinin gücləndirilməsində iştirak edəcəklər.

Əlaqəli Yazılar Xüsusi