ABŞ ordusunun Corciya ştatında yerləşən bölmələrindən biri “Grand Theft Auto VI” (GTA 6) oyununun buraxılışı ilə əlaqədar hərbçilərə xüsusi məzuniyyət imkanı yaradıb.
Army.az xəbər verir ki, Fort Stüart hərbi bazasında xidmət edən 2-ci Zirehli Briqada Döyüş Komandasının 9-cu Mühəndis Taboru avqustun 1-dən noyabrın 14-dək yenidən hərbi xidmət müqaviləsi imzalayan hərbçilərə əlavə dörd günlük məzuniyyət təklif edir.
Qərarın çoxdan gözlənilən GTA 6-nın noyabrda təqdim olunması ilə əlaqəli olduğu bildirilir. Artıq təxminən 20 hərbçinin bu imkandan yararlandığı qeyd olunur.
İyulun 28-də hazırlanaraq yayılan memorandumda məzuniyyətin konkret tarixinin hərbçi ilə onun komandiri arasında razılaşdırılacağı göstərilib.
